Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Xocalı rayonunun Şuşakənd kəndinə dönən Taryel Cəfərovun ailəsi də doğma torpaqda yeni həyatını qurmağa başlayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən Taryel Cəfərov uzun illər Şəkidə müvəqqəti məskunlaşıb. Ömrünün böyük hissəsini təhsil sahəsinə həsr edən Taryel Cəfərov uzun illər müəllim, daha sonra isə məktəb direktoru kimi fəaliyyət göstərib. Hazırda təqaüddə olan T.Cəfərov təxminən bir il əvvəl ailəsi ilə birlikdə Şuşakəndə köçü…